ABŞ-ın keçmiş rəhbəri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünü "MakDonald's"da aşpaz kimi sınayıb.
Teleqraf.com xəbər verir ki, onun fəst-fud restoranları şəbəkəsindəki işinin görüntülərini "Röyters" yayıb.
"Mən "MakDonald's"a kartof qızartması üzərində işləmək üçün gedirəm. Düşünürəm ki, bunu sabah Pensilvaniyada bir yerdə edəcəm", - deyə siyasətçi Pittsburq yaxınlığındakı mitinqdə tərəfdarlarına bildirib.
"Röyters" oktyabrın 20-də axşam saatlarında siyasətçinin kartof qızartmasını qablaşdıraraq qonaqlara verdiyini əks etdirən fotoşəkilləri dərc edib.
Tramp bundan əvvəl Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisi "MakDonald's"da iş təcrübəsi barədə yalan danışmaqda ittiham edib.