Estoniyanın müxalif İsamaa partiyası xarici vətəndaşların, o cümlədən rusların bələdiyyə seçkilərində iştirakını qadağan edən konstitusiya düzəlişi təşəbbüsü ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Bu barədə ERR məlumat yayıb.
Bu təklif parlament iclasında irəli sürülüb. Təşəbbüsü İsamaa fraksiyasının sədri Helir-Valdor Seder irəli sürüb.
O qeyd edib ki, seçkilərdə yalnız Estoniya vətəndaşları və ya parlament tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələr bağlanmış ölkələrin vətəndaşları səsvermə hüququna malik olmalıdırlar.