27 Oktyabr 14:47
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Serbiya 1999-cu ildə Şimali Atlantika Alyansının (NATO) bombardmanlarının nəticələrini xatırlayır və heç vaxt bu təşkilata qoşulmayacaq".

Teleqraf.com xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

O, 25 il əvvəl Serbiya sakinlərinin NATO-nun bombardmanının qurbanı olduqlarını və Belqradın tamamilə dağıldığını xatırladıb.

"Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük", - deyə nazir vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər