08:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fici arxipelaqının əsas adası Viti Levunun şərq sahillərində 5,3 manqitudalı zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 350 min insanın yaşadığı Suva (Ficinin paytaxtı) şəhərindən 94 km şərqdəki okeanda, ocağı təxminən 600 km dərinlikdə yerləşib.

Xəsarət və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər