27 Oktyabr 22:44
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban bazar ertəsi Gürcüstana səfərə gedəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, səfər iki gün davam edəcək.

Bundan əvvəl Orban MSK-nın məlumatlarının açıqlanmasını gözləmədən hakim “Gürcü Arzusu” partiyasını parlament seçkilərində qazandığı qələbə münasibətilə ilk təbrik edənlərdən olub.

Nəşrlərin yazdığına görə, Orbanın rəsmi qarşılanma mərasimi oktyabrın 29-na planlaşdırılıb, bundan sonra onun Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşü olacaq. Nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqların və mətbuat konfransının keçiriləcəyi də açıqlanıb.

Orbanla birlikdə Gürcüstana Macarıstanın dövlət katibi, xarici işlər və ticarət, iqtisadiyyat və maliyyə nazirləri də uçurlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər