27 Oktyabr 19:01
242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçki məntəqələrində səslərin hesablanmasını başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 53,93 faiz (1 118 796 səs) səs ilə liderdir.

MSK-dan bildirilib, 3111 seçki məntəqəsindən 3109-nun nəticələrinə baxılıb ki, bu da bütün məntəqələrin 99,936 faizini təşkil edir.

“Dəyişiklik naminə” koalisiyası (Qvaramiya, Melia, “Qirçi - daha çox azadlıq”, “Droa!”) 11,03% (228 821 səs), “Birlik - Milli Hərəkat” koalisiyası - 10,161% (210 787 səs), “Güclü Gürcüstan” koalisiyası (“Lelo”, “Xalq naminə”, “Azadlıq meydanı”) – 8,814% (182 839 səs), “Gürcüstan üçün Qaxariya” partiyası – 7,771% (161 215 səs) səs toplayıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər