09:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılığa gəlmək üçün İsrail və Həmas vasitəçiləri arasında danışıqların yeni mərhələsi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN diplomata istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu, iki aydan çox fasilədən sonra danışıqların birinci mərhələsidir.

İclasda ABŞ, İsrail və Qətərin yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Bir gün əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirənin bir neçə fələstinli məhbus müqabilində dörd israilli girovun azad edilməsi üçün Qəzzada iki günlük atəşkəs təklifi irəli sürdüyünü bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər