27 Oktyabr 14:37
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Təl-Əviv şəhərində yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 6 nəfər ölüb 50-yə yaxın yaralı var.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti məlumat yayıb.

Hadisə Təl-Əvivin şimal ətraflarında, sıx avtomobil yolunun keçdiyi böyük "Cinema City Glilot" kinoteatrının yaxınlığındakı avtobus dayanacağında baş verib. Hazırda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

“Times of Israel” yazır ki, polis “Mossad”ın qərargahı bu ərazidə yerləşdiyi üçün terror aktı ehtimalını istisna etmir. Nəşrin məlumatına görə, 16 nəfər xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər