Ukraynada münaqişə başlayandan bəri 10 Almaniya vətəndaşı həlak olub.
Teleqraf.com “Frankfurter Rundschau” nəşrinə istinadən xəbər verir ki, bu barədə "Ədalət” partiyasından Bundestaqın üzvü Andrey Hunko danışıb.
“2022-ci ildən bəri Ukraynada 10 Almaniya vətəndaşı həlak olub, lakin onların hərbi əməliyyatlarda iştirakı ilə bağlı heç bir məlumat yoxdur”, - deputat bildirib.
O qeyd edib ki, Almaniya hökuməti öz vətəndaşlarının Ukrayna münaqişəsində iştirak etməməsini təmin etməlidir.