Abxaziya prezidenti Aslan Bjaniya və respublika hökumətinin üzvləri istefa verməyəcəklərini elan edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki , o, tərəfdarlarına müraciət edərək müvafiq bəyanatla çıxış edib.
“Mən Abxaziyada qalacağam və əvvəlki kimi işləyəcəm”, - respublika başçısı bildirib.
O, həmçinin qeyd edib ki, vitse-prezident, baş nazir və ölkənin hökumət üzvləri də bundan sonra fəaliyyətini davam etdirəcəklər.