Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın prezidentliyi dövründə müharibənin daha tez bitəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, onun sözlərini Ukraynanın “Strana” nəşri sitat gətirib.
“Müharibə bitəcək, amma dəqiq tarix yoxdur. Təbii ki, indi Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə daha tez başa çatacaq”, - Zelenski bildirib.