17:05
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın ordusu Rusiya daxilindəki bir sıra mühüm obyektlərə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə Rusiyanın bir sıra mühüm obyektlərinə, xüsusən də Bryansk, Kaluqa və Kursk vilayətlərinə zərbələr endirib.

Baş Qərargah qeyd edib ki, Kaluqa vilayətindəki neft bazasına ziyan dəyməsi təsdiqlənib, digər obyektlərdə hərbi əməliyyatların nəticələri dəqiqləşdirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər