17:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya səfər edərsə, London lazımi prosedurlara əməl edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Lemmi Londonun Beynəlxalq Cinayətlər Məhkəməsinin İsrail baş nazirinə qarşı həbs qərarına əməl edib-etməyəcəyi sualına cavabında bildirib.

“Biz "Roma Statusu"nu imzalayan tərəfik, həmişə beynəlxalq hüquq çərçivəsində öhdəliklərimizə sadiq olmuşuq. Əlbəttə, Böyük Britaniyaya belə bir səfər olsaydı, məhkəmə prosesi olardı və bu məsələlərlə bağlı lazımi proses həyata keçirilərdi”, - deyə nazir qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər