NATO-nun Ukraynaya silah tədarükləri bəzi səbəblərə görə effektiv olmadı.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri Rob Bauer bildirib.
“Biz Ukraynaya misli görünməmiş həcmdə silah tədarük etdik. Amma etiraf etməliyəm ki, bu tədarüklər qərarların qəbul olunma prosesinin çox uzun çəkməsi, nəticədə gecikmə səbəbindən kifayət qədər effektiv olmadı”, - deyə NATO rəsmisi bildirib.
Bauer Ukraynada müharibənin davam etməsinin əhəmiyyətini də vurğulayıb.
Onun fikrincə, davam edən müharibə Rusiya ordusunu zəiflədib:
“Nəticədə Rusiya hazırda 2022-ci ildən daha az təhdid yaradır. Bu da NATO-ya Rusiyaya qarşı mümkün birbaşa toqquşma üçün hazırlıq görməyə vaxt verir”.