4 Mart 2015 07:05
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin həbsxanalarının birində əsl mini-şəhər tikilib. Orda avtobus dayanacaqları, metro, bankomatlar, supermarketlər, bir sözlə, bütün meqapolislər üçün vacib olan hər bir şey mövcuddur. Layihənin məqsədi 20 ildən artıq barmaqlıqlar arxasında qalan məhbusların hazırkı reallığa alışdırılmasıdır.

Teleqraf.com Vesti.ru saytına istinadla xəbər verir ki, həbsxanadakı metro həqiqi deyil və məharətlə hazırlanmış mulyajdan ibarətdir. Buna baxmayaraq, burada bankomatlar və supermarketlər real həyatda olduğu kimi fəaliyyət göstərir.

Pekindəki penitensiar müəssisənin nümayəndəsinin sözlərinə görə, həbsxana şəhərini tikmək ideyası azadlığa buraxılmış məhbuslardan birinin həbsdə olduğu müddətdə güclü dəyişikliyə uğramış reallığa alışa bilməyərək intihar etməsindən sonra yaranıb.Həbsxana şəhərciyində hətta məhbusların şəbəkəyə girə biləcəyi internet-kafe də fəaliyyət göstərir.

Rəhbərliyin əsl miniatür şəhər yaratmağa çalışdığını deyən islah müəssisəsinin əməkdaşı Lyan Çu burada məhbuslara kompüterlərdən və mobil telefonlardan istifadə etməyi də öyrətdiklərini bildirib.

Penitensiar müəssisənin administrasiyası bu təcrübənin azadlığa çıxan insanların yenidən cinayət fəaliyyətinə dönməsi faizini azaldacağına ümid edir.


Müəllif: