4 Mart 2015 13:03
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynın Donetsk şəhərində Zasyadko mədənində partlayış baş verib.

Teleqraf.com Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə zamanı 73 fəhlə itkin düşüb. Partlayışın dəqiq səbəbləri məlum deyil. Ukrayna Mədənçiləri Müxtəqil Həmkarlar İttifaqının sədri Mixail Bolıntsa hadisə zamanı mədəndə 207 nəfərin olduğunu bildirib. Aparılan xilasetmə işləri zamanı 15 fəhləni dağıntılar altından çıxarmaq mümkün olub.

Hadisə yerində axtarış işləri davam etdirilir.

Samir


Müəllif: