4 Mart 2015 22:19
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanzaniyanın şimal-qərb bölgəsində daşqınlar nəticəsində azı 50 nəfər ölüb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, küləklə müşayiət olunan leysan yağışı Şinyanqa şəhərinə külli miqdarda ziyan vurub.

Daşqınlar Serenqeti Milli parkı yaxınlığında, Viktoriya gölündən cənubda yaşayan kənd təsərrüfatı regionunu əhatə edib. Təbii fəlakətdən ümumilikdə 3 500 nəfər zərər çəkib.


Müəllif: