4 Mart 2015 22:36
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Bağdad Mosul şəhərinin “İŞİD” silahlılarından azad edilməsi üzrə əməliyyatın miqyasını və vaxtını özü müəyyən edəcək.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın müdafiə naziri Xalid əl-Obeydi bəyan edib.

“Bu bizim, İraq ordusunun savaşıdır. ABŞ-ın rəhbərliyi ilə koalisiyanın rolu yalnız hava zərbələrindən ibarətdir. Bu barədə müvafiq razılaşma mövcuddur”, deyə X.Obeydi türkiyəli həmkarı İsmət Yılmaz ilə görüşdən sonra bildirib.

İ.Yılmaz isə, öz növbəsində qeyd edib ki, Türkiyə Mosulun azad edilməsində İraqa nəqliyyat və kəşfiyyat sahəsində hərbi yardım göstərməyə hazırdır.

Xatırladaq ki, fevralda ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Mosul şəhərinin azad edilməsi əməliyyatını aprel-may aylarında başlanacağını bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər