6 Mart 2015 10:04
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosuldakı tarixi heykəlləri məhv edən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın 3 min illik tarixə sahib antik şəhəri olan Nimrudu da xüsusi maşınlarla dağıtmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Əl Cəzirə” telekanalı yayıb. Bildirilir ki, Nimrud şəhəri Mosuldan 20 kilometr uzaqlıqda yerləşir. Araşdırmaçılar Mesopatomiya dövründə bu şəhərin Kalah və Kalhu adlandırıldığını qeyd edirlər.

Şahidlər şəhərin buldozerlərlə dağıdıldığını və hazırda buranın xarabalığı xatırlatdığını deyiblər.

Samir


Müəllif:

Oxşar xəbərlər