ABŞ-ın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, tanınmış politoloq və sovetoloq Zbiqnev Bzejinski Ukraynaya müdafiə xarakterli ölümcül silahların verilməsinin vacib olduğunu bildirib. Musavat.com-un xarici informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu barədə o, Vaşinqtonda beynəlxalq təhlükəsizliyə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“Mən bu mövzuda bir öncə, böhran təzə-təz başlayanda bildirmişəm. Mən demişəm ki, biz Ukraynaya müdafiə xarakterli silahlar verməliyik. Əgər bunu etməsək, o zaman Putinin edə biləcəyi yeganə şey – zorakılığın səviyyəsini bir pillə də qaldırıb qələbə qazanmaq olacaq”, - deyə nüfuzlu ekspert qeyd edib. Bu səbəbdən o, təklif edib ki, ABŞ indi Ukraynaya belə silahları verməkdə ləngiməməlidir.
Eyni zamanda politoloq Rusiyanı əmin edib ki, “azad, müstəqil, Avropa Ukraynası NATO-ya qoşulmayacaq” - Moskva bunu özü üçün təhlükə saydığı üçün.
“Ukrayna Finlandiya kimi olacaq – azad, müstəqil, ancaq alyans üzvlüyündən kənarda” - əlavə edib Bzejinski.