8 Mart 2015 12:16
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partladıb.

Məlumata əsasən, cinayətkar polis tərəfindən mühasirəyə alınmışdı. Əlinda olan iki qumbaradan birini cinayətkar polis əməkdaşlarına atıb, digəri ilə özünü partladıb.

Qeyd edək ki, artıq qətldə şübhəli bilinən iki nəfər saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir.

Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir./trend/

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.


Müəllif: