8 Mart 2015 21:32
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terrorçuları bu gün qədim Assuriya şəhəri Dur-Şarrukinin abidələrini məhv etməyə başlayıb. Bu şəhər İraqın şimalında - Mosuldan 15 km şimal-şərqdə yerləşir və hazırda Xorsabad adlanır.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, hazıra İraq hökuməti bu məlumatı araşdırır. Bu ölkənin turizm naziri Adel Faxd əş-Şərşab bildirib ki, İŞİD döyüşçüləri Xorsabadda arxeloji abidələri və heykəlləridağıda bilər.

Qeyd edək ki, İŞİD belə bir vandalizm aktını qədim assuriya şəhəri olan Nimrudda həyata keçirib.

Nihad


Müəllif: