Nigeriyada "Boko Haram" qruplaşması rəhbəri Əbubəkr Şekau tərəfdarlarını İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə birləşməyə çağırıb. Ekspertlərin sözlərinə görə bu, "Boko Haram" silahlılarının köməyə ehtiyac duyduğunu göstərir. Bu isə, öz növbəsində qruplaşmanın zəiflədiyindən xəbər verir.
ANS PRESS-in məlumatına görə, son bir neçə ayda Nigeriya hökuməti qruplaşmaya qarşı qonşu ölkələrin də dəstəyilə hərbi əməliyyatlar keçirir. Rəsmilər əməliyyatlar zamanı çoxlu sayda "Boko Haram" silahlılarının öldürüldüyündən xəbər verirlər.
Anti-Boko Haram koalisiya ötən gün, eyni zamanda, Çadda hərbi təlimlərə başlayıblar. "Boko Haram" silahlılarının bir müddət əvvəl Mao şəhərinə hücumu zamanı azı 8 mülki vətəndaş ölmüşdü.