9 Mart 2015 20:57
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel vahid Avropa ordusu yaradılması ideyasını dəstələdiyini bildirib. Musavat.com-un məlumatına görə, bu barədə dpa agentliyi xəbər yayıb.

Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristian Virtsin bu xüsusda bildirdiyinə görə, Merkel hesab edir ki, Avropada dərinləşmiş hərbi əməkdaşlıq olmalıdır. Bununla belə, kanslerin fikrincə, hazırda bu, “gələcəyin layihəsidir”.

Az öncə ölkənin müdafiə naziri Ursula fon der Ylayen Avropa Birliyinin vahid ordusunu yaratmağı təklif eləmişdi. Xanım nazir onu da bildirmişdi ki, “Avropada 2-ci Dünya savaşı və soyuq müharibədən sonra formalaşmış düzəninin dağıdılmasına imkan vermək olmaz”.

XİN başçısı Frank-Valter Ştaynmayer və Avropa Komissiyasının sədri Jan-Klod Yunker də bu ideyanı müdafiə edirlər.


Müəllif:

Oxşar xəbərlər