10 Mart 2015 01:12
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın cənub-şərqində silahlı münaqişə zamanı 1549 hərbçi həlak olub.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko yerli “1-ci kanal” telekanalında çıxış edərkən deyib.


“Ümumi itkilərimiz 1549 nəfərdir. Döyüş əməliyyatları zamanı 1 232 Silahlı Qüvvələrin əsgəri, 99 DİN əməkdaşı, 132 milli qvardiyaçı, 63 sərhədçi, 7 Təhlükəsizlik Xidməti əməkdaşı, 16 Fövqəladə Hallar Xidmətinin xilasedicisi həlak olub”, deyə P.Poroşenko bildirib.


Onun sözlərinə görə, Debaltsevo ətrafında gedən son döyüşlərdə 19 hərbçi həlak olub, 135-i yaralanıb.


Müəllif:

Oxşar xəbərlər