14 Mart 2015 21:15
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma sahillərində bərə qəzası nəticəsində 21 nəfər həlak olub.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı 26 nəfərin itkin düşdüyü bildirilib.

Yerli medianın məlumatına görə, qəza baş verən vaxtı göyərtədə 200-dən çox sərnişin olub. Onlardan 167 nəfər xilas ola bilib. Ölənlərdən 19-nun qadın olduğu qeyd edilib.

Hadisənin səbəbləri ilə bağlı hələlik məlumat verilmir.

Samir


Müəllif: