Rusiya prezidenti Vladimir Putin martın 20-i Astanaya səfər edəcək.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, burada o Qazaxıstan prezidenti Nursultan Nazarbayev və belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək. Görüşlər zamanı liderlərin dünya iqtisadiyyatındakı tendensiyaları və Ukraynadakı vəziyyəti müzakirə edəcəyi bildirilib.
Qeyd edək ki, Putinin martın 12-də Astanaya edəcəyi səfəri təxirə salınıb.
Samir