Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiya prezidenti Vladimir Putinin 10 günlük “yoxa çıxması”nı şərh edib. Musavat.com xəbər verir ki, bu barədə o, “Buzzfeed” nəşrinə müsahibəsində deyib.
“Bizim işimiz kim varsa, onunla olmalıdır”, – deyə baş nazir “istəyərdinizmi ki, Rusiya lideri bu və ya başqa formada çıxıb getsin” sualına cavab verərkən bildirib.
“Putinlə münasibətlər saxlamaqla eyni vaxtda ona sərt münasibət bəsləmək arasında heç bir ziddiyyət yoxdur – necə ki, Ukrayna ətrafında situasiya ilə bağlı bu cür hərəkət etdik” – qeyd edib Kemeron.
Britaniya baş naziri onu da qeyd edib ki, hazırda Qərb üçün Ukrayna böhranının hərbi yolla həlli yoxdur, yalnız iqtisadi həll yolu var. “Avropa Birliyi və ABŞ-ın güclü iqtisadiyyatı var. Rusiyanın bizə daha çox ehtiyacı var, nəinki bizim ona” - o, əlavə edib.