Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının yeni qərargahı qarşısında etiraz nümayişi davam edir.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, aksiyada təxminən 17 min insan iştirak edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, aksiyada iştirak edənlərdən 500 nəfəri saxlanılıb. Həmçinin yayılan xəbərlərdə iğtişaşlar zamanı 270 nəfərin yaralandığı bildirilib. Bunlardan 88-i polis olub.
“Reuters” xəbər verib ki, polis bankın qərargahına girişi təmin etmək üçün yanğın nasoslarından və gözyaşardıcı qazan istifadə edib. Etirazçılar isə gecə boyu davam edən insident zamanı polisə daş və dəyənəklər atıb, yaxınlıqdakı mağazaların, bankların, yaşayış obyektlərinin və avtobusların şüşələrini sındırıblar. Şəhərə digər bölgələrdən əlavə polis qüvvələri cəlb olunub.
Hadisələri işıqlandırmağa çalışan Lidia Pedro adlı qadın jurnalist alman polisinin jurnalistlərə hücum etdiyini bildirib. “Twitter” hesabından baş verənləri şərh edən qadın jurnalist “Frankfurtda polis mətbuata hücum edir, mətbuat azadlığı haradadır?”, - yazıb. Bundan əlavə polisin bəzi jurnalistləri də həbs etdiyi iddia edilib.
Samir