ABŞ hakimiyyəti 100-dən artıq xüsusi təyinatlının Yəməndən çıxarılmasına qərar verib.
Teleqraf.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə CNN ABŞ hərbi rəhbərliyindəki mənbəyə istinadən bildirib.
CNN-in xəbərinə görə, ABŞ xüsusi təyinatlılarının geri çağırılması Yəməndə vəziyyətin birdən-birə kəskinləşməsi ilə bağlıdır.
Bu günlərdə Sanada baş verən terror aktı nəticəsində 137 nəfər həlak olub, 357 nəfər yaralanıb. Terror aktına görə məsiliyyəti İŞİD öz üzərinə götürüb.
Nihad