İsrailin baş naziri Binyamin Netanyahu seçkiqabağı kanpaniya dövründəki təhqiramiz ifadələrinə görə ərəb vətəndaşlardan üzr istəyib. Musavat.com xəbər verir ki, məlumatı "Reuters" yayıb.
"Bilirəm ki, bir neçə gün əvvəl dediklərimlə İsrail ərəblərini təhqir olunub. Mənim kiçik bir niyyətim də olmayıb. Çox təəssüf edirəm", - İsrailin baş naziri sosial şəbəkələrdə yayılan videoçarxda deyib.
Netanyahu çıxışlarından birində demişdi ki, siyasi rəqibləri ərəb seçiçiləri seçki məntəqələrinə sürü ilə gətirirlər.