24 Mart 2015 01:49
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) hələ ki, İranın öz öhdəsindəki nüvə materiallarından hərbi məqsədlər üçün istifadə etmədiyini təsdiqləyə bilməz”.

Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Yukiya Amano Vaşinqtonda Kornegi Fonunun təşkil elədiyi, nüvə təhlükəsinin yayılmamasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

“Biz Tehranın öz nüvə materialları haqda təqdim elədiyi informasiyanın həqiqətə uyğun olub-olmadığını yoxlamaqda davam edirik. Ancaq hələlik o nəticəyə gələ bilmərik ki, İranda bütün nüvə materialları dinc məqsədlər üçün istifadə edilir”, - deyə baş direktor qeyd edib.


Müəllif:

Oxşar xəbərlər