Qəzaya uğrayan A 320 təyyarəsinin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu Fransa Prezidenti Fransua Olland deyib.
Prezident bildirib: "Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur".
O qeyd edib ki, təyyarə qalıqlarının vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq ərazidə qəzaya uğrayıb".
Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa uçurdu.