Çikaqoda Xaviyer Bahen adlı şəxs keçmiş arvadını öldürməkdə ittiham olunaraq, həbs edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, qadını xəstəxananın qəbul otağının qarşısında bıçaqlayıb. Daha sonra qadını qucağına alan şəxs oradan uzaqlaşıb. Polisin verdiyi məlumata görə, hadisəyə qısqanclıq səbəb olub. Bahen keçmiş arvadını başqa şəxslə görüşdüyünü bildikdən sonra qadını öldürmək qərarına gəlib. Bununçün o, bıçaq götürərək, xəstəxanaya gəlib, qadının boğaz və sinə nayihəsinə öldürücü xəsarət yetirib.
Hadisədən sonra qadının həyatını xilas etmək mümkün olmayıb.
Baş verənlər təhlükəsizlik kamerasınada əks olunub.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir