30 Mart 2015 14:17
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda bir neçə qeyri-hökumət təşkilatı milli valyuta üçün rəmzi yas mərasimi təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mərasim Tiflisdə keçmiş baş nazir Bidzina İvanişvilinin evi yaxınlığında keçirilib.

Tədbirdə “Apriori” jurnalistlər təşkilatının sədri Beso Şengeliya çıxış edib: “20 illik həyatı və 2 il davam edən ağır xəstəlikdən sonra lari vəfat edib. Biz bura keçmiş baş nazirə onun xalqı aldatdığını deməyə gəlmişik”.

İştirakçılar özlərilə içi lari ilə dolu tabut gətirib və onu İvanişvilinin evi önündə dəfn ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər