Almaniyanın Münhün şəhərində NATO-nun Avropada hərbi texnika yerləşdirilməsinə qarşı aksiyalar keçirilib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, etirazçılar NATO-nun bu addımının Şərqi Avropa üçün ciddi təhlükə törətdiyini bildiriblər. Onlar nümayişdə NATO əleyhinə şüarlar səsləndiriblər. Mitinqdə çıxış edənlər NATO qoşunlarının hərəkətinin dərhal dayandırılmasını tələb ediblər.
Şəhərdə təhlükəsiliyi təmin etmək məqsədilə polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərib. Rəsmi məlumatlara görə, aksiyalar zamanı ona yaxın etirazçı saxlanılıb. Onların polisə daş atdığı və insident törətməyə cəhd etdiyi bildirilib.
Samir