Türkiyənin İzmir vilayətində sərnişin qatarı relsdən çıxıb, vaqonlardan biri aşıb.
Trend-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində ölən və yaralanan yoxdur.
Qeyd edək ki, “Cumhuriyet” qəzeti qəza nəticəsində bir neçə sərnişinin xəsarət aldığını bildirmişdi.
Hadisə yerinə həkim briqadaları, polis və xilasedicilər cəlb olunub.
Qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.