5 Aprel 2015 12:07
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arktikanın aerodromlarında port və nəqliyyat yollarının mühafizəsi məqsədilə MiG-31 qırıcı-təyyarələri yerləşdiriləcək.

Bu barədə məlumatı Rusiya Hava və Kosmos Hücumundan Müdafiə Qüvvələri komandanının havadan müdafiə üzrə müavini general-mayor Kiril Makarov verib. O Rusiya radiolarından birinə müsahibəsində deyib ki, qırıcıların əsas vəzifəsi ölkənin hava məkanının mümkün pozulması hallarının qarşısının alınması olacaq.


General Makarov bildirib ki, hərbi münaqişələr zamanı MiG-31 təyyarələri Şimal dənizi ilə hərəkət edən Rusiya gəmilərini mühafizə edəcək.

O əlavə edib ki, bununla yanaşı, bütün Arktika boyunca heyətsiz işləyə bilən radiolokator şəbəkəsi qurulacaq./publika.az/


Müəllif:

Oxşar xəbərlər