Türkiyədə 3 qız şagirdə təcavüz etməkdə ittiham olunan direktora hökm oxunub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı Mahmud (adlar şərti göstərilib) direktora 18 il 9 ay həbs cəzasına verilib.
Hadisə 2014-cü ilin 21 fevralında baş verib. İttihamnaməyə əsasən, məktəb direktoru 14 yaşlı qız şagirdləri Aysu, Mərvə və Gülbəndən müxtəlif vaxtlarda otağına çay gətirmələrini istəyib. O, qızların bədəninin müxtəlif yerlərinə toxunub.
Hadisəni öyrənən valideynlərin polisə şikayəti nəticəsində məktəb direktoru barəsində cinayət işi açılıb.
Məhkəmənin hökmünə əsasən 18 il 9 ay həbs cəzası verilib.
Rüstəm