8 Aprel 2015 23:39
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəl Rusiya vətəndaşı olan məşhur fransız aktyoru Jerar Depardye bu ölkəni tərk edərək Belçikaya köçüb.

ANS PRESS-in məlumatına görə, bu haqda tanınmış satirik Viktor Şenderoviç xəbər yayıb.

İki il əvvəl Depardye şəxsən prezident Vladimir Putinin əlindən Rusiya vətəndaşlığı haqda pasport almışdı.

Bundan əvvəl, o, lüks həyat üçün vergi ödəməkdən boyun qaçıraraq Fransadan köçmüş və Fransa vətəndaşlığını rədd etmişdi. Amma indi Depardye yenidən geri, tanış Avropaya getmək qərarına gəlib.

Qeyd edilir ki, Depardye artıq Belçikada əmlak satın alıb və bununla o, vətəndaşlıq əldə etməyə ümid edir. Lakin Rusiya qanunvericiliyi ikili vətəndaşlığa icazə vermədiyindən çox güman Fransız aktyor Rusiya vətəndaşlığından imtina etməli olacaq.


Müəllif:

Oxşar xəbərlər