ABŞ-da hamilə qala bilməyən qadın uşaq sahibi olmaq üçün ərini 15 yaşlı qızına dəfələrlə təcavüz etməyə razı salıb.
Teleqraf.com xəbər verir ki, hadisə Pensilvaniya ştatında baş verib. Məhkəmə 33 yaşlı Misti Maçinşok adlı qadına uşaqların cinsi istismarına görə 15 il həbs cəzası verib. Qadın qızı ilə ərini cinsi əlaqəyə girməyə sövq edib.
Qadının qızının hamiləliyini “əcnəbidən hamilə qaldı” adı ilə gizlətməyi planlaşdırdığı müəyyən olub.
29 yaşlı ər 2013-cü ildə davamlı olaraq 15 yaşlı ögey qızına təcavüz etdiyi iddiasını qəbul edib. O, həmçinin qadının 11 yaşlı digər qızına da təcavüz etdiyini etiraf edib.
Prokuror peşə fəaliyyəti ərzində bundan daha iyrənc cinayət işi görmədiyini bildirib.
Hər iki gənc qız dövlət himayəsi altına alınıb.
Rüstəm