14 Aprel 2015 09:03
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri başda olmaqla ABŞ administrasiyasının rəsmiləri Konqresi beynəlxalq ictimaiyyətin İranla nüvə razılığının əldə edilməsi üçün möhlət istəyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Kerri Nümayəndələr Palatasının üzvləri ilə bağlı qapılar arxasında görüş keçirməlidir.

Administrasiya prezident Barak Obamanın yekun razılaşmasının bir hissəsi olaraq İrana qarşı sanksiyaları təxirə salıb, ya da aradan qaldırmasına məhdudiyyətlər qoya biləcək qanun layihəsinin qarşısını almaq üçün intensiv kampaniya aparır.

Konqres Tehranla yekun razılaşmasının təsdiq, ya da rədd edilməsi üçün ona 60 gün verilməsinə dair qanun layihəsini nəzərdən keçirir. Prezident Obama belə bir addımın danışıqlara mane ola biləcəyini deyərək, layihəyə veto qoyacağı ilə hədələyib.

Qeyd edək ki, Obama bu razılığınn İranı nüvə silahı əldə etməkdən çəkindirməyin ən yaxşı yolu olduğu bildirib. O əlavə edib ki, əgər yekun danışıqlar ciddi razılaşmanın əldə edilməsilə nəticələnməsə, ABŞ danışıqlardan geri çəkiləcək.

Samir


Müəllif: