14 Aprel 2015 09:47
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Ramadi şəhərində gecə boyu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyatları davam etdiriblər.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı 60 terrorçunun öldürüldüyü açıqlanıb. Yayılan məlumatlara görə, İraq ordusu Elbu Ferrac bölgəsində də nəzarəti bərpa ediblər.

Əməliyyatlara koalisiya qüvvələri də havadan dəstək veriblər.

Samir


Müəllif: