BMT-nin baş katibi Pan Gi Mun Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrlə bağlı “soyqırım” ifadəsi işlətməyə tələsmir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə BMT-nin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.
Onun sözlərinə görə, ümumdünya təşkilatının rəhbərliyində Roma papası Fransiskin “erməni soyqırımı” ilə bağlı fikirlərini nəzərə alıblar.