17 Aprel 2015 22:14
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovanın xarici işlər naziri Həşim Taçı Serbiyanın paytaxtına gələcəyi təqdirdə hərbi cinayət ittihamları üzrə həbs olunacaq. Bu barədə jurnalistlərə Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç məlumat verib.

Bir qədər əvvəl Kosova xarici işlər nazirinin müavini Petrit Səlimi Həşim Tacının aprelin 24-də “Dünya elçiləri” qeyri-hökumət təşkilatının təşkil etdiyi konfransda iştirak etmək üçün Belqrada getməyi planlaşdırdığını demişdi.

Qeyd edək ki, “Kosova azadlıq ordusu”nun liderlərindən biri olan Həşim Taçı Serbiyada hərbi cani kimi tanınır.


Müəllif: