17 Aprel 2015 22:03
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın paytaxtı Madrid şəhərində Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru, ölkənin keçmiş iqtisadiyyat naziri və “Bankia” maliyyə qrupunun keçmiş rəhbəri Rodriqo Rato evində aparılan axtarış zamanı saxlanılıb.

Rodriqo Ratonun evindəki axtarışı İspaniya polisi ilə qaçaqmalçılıq, pulların yuyulması və vergi cinayətləri məsələləri ilə məşğul olan Gömrük Nəzarəti Xidmətinin əməkdaşları müştərək aparıblar. Rato fırıldaqçılıqda, pulların yuyulmasında və əmlakın gizlədilməsində şübhəli bilinir. Vergi idarəsi isə sabiq direktorun Madriddəki ofisində, həmçinin Sotoqrande şəhərindəki vəkil kontorunda axtarışlar aparıb.

Rodriqo Rato isə öz növbəsində vergi xidmətinin düşündüyü kimi Cəbəllütariq və Virciniya adaları kimi ofşor zonalardakı bank hesablarında hər hansı bir vəsaitinin olduğunu inkar edir.

Qeyd edək ki, axtarışlar bitdikdən sonra Beynəlxalq Valyuta Fondunun keçmiş direktoru azadlığa buraxılıb.


Müəllif:

Oxşar xəbərlər