Türkiyədə avtobus qəzası baş verib.
Elazığ-Arıcak yolunda avtobus sürücüsü idarəetməni itirərək avtomobili aşırıb.
Avtobusda olan 22 sərnişin yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım maşınlarını yaralıların özləri çağırıblar.
Xəsarət alanlar Elazığda müxtəlif xəstəxanalara aparılıblar. Araşdırmalar zamanı məlum olub ki, avtobusda olanların hamısı 40 gün idi ki, Elazığda olan meşə massivində çalışırmışlar.
Qəzanın baş verməsinin səbəbləri araşdırılır.
Nihad