23 Aprel 2015 11:13
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya parlamentində Təmsil olunan bəzi xırda partiyaların 1915-ci il hadisələrinə dair tərtib etdiyi bəyannamə qəbul edilməyib

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Madriddəki səfiri Ömər Önhon açıqlama verib.

Onun sözlərinə görə, bəyannaməyə əsasən, “erməni soyqırımı” İspaniya hökuməti tərərfindən tanınmalı və “soyqirimi” qurbanları parlamentin iclasında ehtiramla yad edilməlidir. Ancaq Türkiyənin Madriddəki səfirliyi, hakimiyyətdəki Xalq Partiyası və ana müxalifət olan Sosialist Fəhlə Partiyasının tələbi ilə bəyannamənin müzakirəsi dayandırılıb.

Yayılan məlumatlara görə, öncə bəyannamə parlamentin gündəliyinə daxil edilmədən oxunulub. Buna görə də sənəd mətninin oxunulması üçün xüsusi komissiyaya göndərilib. Nəticədə mətn qısaldılıb və bəyannamədə işlədilən “soyqırım” sözü çıxarılıb.

Həmçinin sənəddə “erməni soyqırımı” qurbanlarının xatirəsinin 1 dəqiqəlik süutla yad edilməsi ilə bağlı müddəaya da dəyişiklik edilib. Mətnə təkcə ermənilərin deyil, həmin hadisələr zamanı həyatını itirən hər kəsin xatirəsinin yad edilməsi ilə bağlı cümlə əlavə olunub.

Samir


Müəllif: