Fransanın paytaxtı Parisdə 1915-ci il hadisələrini anmaq üçün yürüş təşkil edən erməni nümayişçilər yerli polisin təzyiqi ilə qarşılaşıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Türkiyə səfirliyi qarşısında toplaşmağa çalışan ermənilər polisə daş və dəyənəklərlə hücum edib.
Türkiyə əleyhinə şüar səsləndirərək, polis barrikadasına hücum edən erməni nümayişçilərə qarşı təhlükəsizlik qüvvələri gözyaşardıcı qazından istifadə etməyə məcbur olub.
İnsident zamanı çoxlu sayda erməni saxlanılıb.
Samir