İran bir neçə saat əvvəl saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
İranın “Tasnim” informasiya agentliyi ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motivin olmadığını qeyd edir.
Gəminin sahibi olan şirkət onun göyərtəsində ABŞ vətəndaşlarının olmadığını bildirib. Məlumata görə, gəmi komandasına Şərqi Avropa və Asiya nümayəndələri daxildir.
Qeyd edək ki, Marşal adaları Sakit okeanda yerləşən müstəqil dövlətdir, 1986-cı ildən ABŞ ilə assosiasiya statusuna malikdir. Marşal adaları suverenliyini qorumaqla təhlükəsizlik və müdafiə sahələri daxil olmaqla bir sıra mühüm hüquqlarını ABŞ-a verib.